Qadinsayti.com » qadin

Uşaqlarınız arasındakı qısqanclıq necə önlənə bilər


Haz 20, 2015
23:45

qardaş
Qısqanclıq nədir? Qısqanclıq sevilən birinin başqası ilə paylaşılamamasıdır.
Ailənin yeni üzvünü gözləyirsiniz. Ancaq uşağınız indidən narahatdır. Çünki, yeni doğulacaq körpənin onun həyatına necə təsir göstərəcəyini bilmir. Bəlkə də ata-anasının artıq onunla maraqlanmayacağını düşünür və eyni zamanda artıq həyatdakı tək sevdiyi və güvəndiyi ata-anasını paylaşmaq məcburiyyətində qalacaq.

Ona görə də evdəki uşaq tez-tez özündən çıxır. Elə isə sizin də borcunuz onu psixoloji cəhətdən bu hadisəyə hazırlamaqdır. Bəs bunun üçün nə etməlisiniz? Hər şeydən əvvəl yeni doğulacaq körpə barədə onu məlumatlandırmalısınız.

Uşağınızın bu barədə bütün suallarına cavab verməli, yeni körpənin ona olan sevginizi azaltmayacağını bildirməlisiniz. Uşağınızı psixoloji cəhətdən hazırladıqdan sonra yeni doğulacaq körpə ilə onun arasında “əlaqə” qurmalısınız. Məsələn, bətninizdəki körpəni oxşamasına icazə verməlisiniz.

Körpəniz üçün alış-verişə çıxdıqda onun da fikirlərini öyrənin. Digər tərəfdən, doğum zamanı uşağınızı onun istədiyi adamların yanında qoyun. Uşağınız doğulduqdan sonra yeni doğulan uşaqdan çox evdəki böyük uşağa daha çox diqqət ayırın. Onunla daha çox vaxt keçirin. Körpə onsuz da çox şeyi başa düşmədiyi üçün körpəyə alışması üçün evdəki uşaqla daha çox vaxt keçirin.
Qadinsayti.com






           



- Sitemap -