Qadinsayti.com » qadin

Yeni doğulmuş südəmər uşaqlara əlavə yemək nə vaxt verilə bilər


Haz 21, 2015
18:33

südemer
Bütün dünyadakı sağlık qurumları tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.

Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.

Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.

Yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar.

Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir. Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün tələb olunur.
-Peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra,
-dişlər çıxan zaman ilk 1 həftə ərzində,
-tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.

Körpələrə əlavə qida verilərkən, üstünlüyü hazır uşaq qidalarına vermək lazımdır. Körpələr tərəfindən belə qidalara uyğunlaşma, özünüz tərəfindən hazırlanmış qidalara nisbətən daha asan olur. Bundan əlavə, hazır uşaq qidalarına öyrəşən körpələr özünüz hazırladığınız yeni qidalara da tez öyrəşmiş olur.

Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.
Qadinsayti.com






           



- Sitemap -